RU

Son 10 ilin ən çox oyunçu satışından gəlir əldə edən klubu açıqlandı - siyahıya “Çelsi” başçılıq edir

"Transfermarkt" portalı son onillikdə futbolçu satışlarından ən çox gəlir əldə edən klubların siyahısını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, siyahının zirvəsində İngiltərənin “Çelsi” klubu qərarlaşıb. London təmsilçisi bu müddət ərzində oyunçu transferlərindən 1 milyard 440 milyon avro gəlir əldə edib.

İkinci pillədə 922 milyon avro ilə “Mançester Siti” qərarlaşıb. İlk üçlüyü isə 690 milyon avro qazanan “Liverpul” tamamlayır.

İlk “onluq”da yer alan digər klublar:

“Everton” – 636 milyon avro

“Aston Villa” – 622 milyon

“Sauthempton” – 610 milyon

“Lester” – 602 milyon

“Tottenhem” – 576 milyon

“Mançester Yunayted” – 545 milyon

“Vulverhempton” – 531 milyon avro

Qeyd edək ki, Londonun digər nəhəngi “Arsenal” isə yalnız 13-cü sırada qərarlaşıb – son 10 ildə “topçular” transferlərdən 465 milyon avro gəlir əldə edib. Mütəxəssislər bunun səbəbi kimi klubun keçmiş baş məşqçiləri Arsen Venger və Unai Emeri dövründə aparılan düzgün olmayan maliyyə siyasətini göstərirlər.

Избранный
11
11
90deqiqe.az

10Источники