RU

Mixail Zabelin Kremlin təlimatlarını dinləməli deyil

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Yekaterinburq hadisələri də göstərdi ki, Azərbaycan Rus İcmasında çevik rəhbərliyə ehtiyac var".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, hadisə günü jurnalistlərin suallarına “bilmirəm”, “xəbərim yoxdur” kimi cavablar verilirsə, sonrakı günlərdəki açıqlamaların əhəmiyyəti qalmır.

"Mixail Zabelin illərdir icmanın rəhbəri və millət vəkilidir, hər iki postunu qoruyur. Rus mənşəli Azərbaycan vətəndaşının Milli Məclisdə təmsil olunması normaldır. Vaxtilə Milli Məclisdə ukraynalıları təmsil edən general Vladimir Timoşenko da var idi. Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan və həlak olan rus və Ukrayna mənşəli vətəndaşlarımız var. Azərbaycan vətəndaşı olan rusların, ukraynalıların, tatarların və digər millətlərin nümayəndələrinin ölkənin siyasi və ictimai həyatında fəal olmaları normaldır. Bu fəallıq yaşadıqları və vətəndaşı olduqları Azərbaycanın maraqlarına xidmət etməlidir. Mixail Zabelin zəif fiqurdur, icmaya səsi Azərbaycanda və Rusiyada eşidilə bilən şəxs rəhbərlik etməlidir. Yekaterinburq kimi hadisələrdə “balanslı” mövqe işə yaramır. İcma sədri Rusiya səfirliyindəki çoxsaylı görüşlərində Kremlin təlimatlarını dinləməli deyil, münasibətləri gərginləşdirən halların ortadan qaldırılmasıyla bağlı səfiri və onun təmsil etdiyi ölkənin siyasi dairələrini inandırmağa çalışmalıdır", - deyə E.Şahinoğlu bildirib.

T.İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
3
redaktor.az

4Источники