Qusarda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Gədezeyxur kəndi ərazisində qeydə alınıb.
Belə ki, Heydər Nağıyevin idarə etdiyi “Opel” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanan 2011-ci il təvəllüdlü E.Rüstən qızı Abdurahmanovanı vurub. Daha sonra avtomobil yol kənarındakı qaz xəttinin üzərinə aşıb.
Qəza zamanı xəsarətlər alan E.Abdurahmanova təcili tibbi yardım maşını ilə Qusar rayon Mərkəzi Xəstəxanasına, ordanda Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
FOTO QALEREYA