Ermənistan və Avropa İttifaqı arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdeklarativ xarakter daşıyır və uzun müddət də belə qalacaq.
Teleqraf xəbər verir ki, bu barədə erməni politoloqu David Arutyunov bildirib.
O qeyd edib: "Çətin ki, avropalılar Ermənistana indikindən - Azərbaycanla sərhəddə monitorinq missiyasından daha ciddi bir şey təklif etsinlər. Üstəlik, Avropa İttifaqının İrəvana görə başını ağrıtmaq istəmir: ona Bakının hərbi-siyasi müttəfiqi - Ankara ilə problem lazım deyil.
Xatırladaq ki, bu gün Ermənistan və Avropa İttifaqı rəsmi şəkildə müdafiə sektorunda əməkdaşlığı müzakirə etməyə başlayıb.