Bakı. Trend:
Fransa Milli Meteorologiya Xidməti Paris və ölkənin 15 mərkəzidepartamenti üçün maksimum, “qırmızı” təhlükə səviyyəsi elanedib.
Trend xəbər verirki, ölkənin daha 68 bölgəsində isə “narıncı” xəbərdarlıqverilib.
Sinoptiklərin proqnozuna görə, risk zonasında havanıntemperaturu 38-41 dərəcəyə çatacaq, ölkənin əksər ərazilərində isə34 dərəcədən yuxarı olacaq. Bazar ertəsi gecəsi müşahidələrtarixində iyun ayının ən isti gecəsi olub, termometrlər 28dərəcədən aşağı düşməyib.
Meteorologiya xidməti bildirib ki, “qırmızı” səviyyə əhalininbütün qrupları üçün təhlükəli olan ekstremal və uzunmüddətli istidalğasını ifadə edir. Hakimiyyət artıq ehtiyat tədbirləri görüb vəölkə üzrə 200 məktəbin müvəqqəti bağlanacağı açıqlanıb.
İspaniyada da yaxın iki gün ərzində gündüz temperaturu 40dərəcədən yuxarı qalacaq, gecə isə ən azı 25 dərəcəyə çatacaq.Şənbə günü İspaniyanın El Qranado şəhərində iyun ayı üçün rekordyüksək temperatur — 46 dərəcə qeydə alınıb. Əvvəlki rekord 1965-ciildə Sevilyada 45,2 dərəcə olub.
Portuqaliyanın 18 əyalətindən yeddisində, İtaliyanın isə 20-dənçox şəhərində istilərə görə “qırmızı” təhlükə səviyyəsi elanedilib. Londonda isə bazar ertəsi havanın temperaturu 29,7 dərəcəyəyüksələrək 2001-ci ildə təyin edilmiş 29,3 dərəcə rekordunukeçib.