RU

Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edildi -SƏRƏNCAM

Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

 

Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

 

Qeyd edək ki, sabah F. Məmmədovun 70 yaşı tamam olur.

 

O, 2000-2024-cü illərdə ədliyyə naziri vəzifəsini icra edib. Bu ilin fevralında Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Избранный
8
16
senzor.az

10Источники