Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiyalı boksçu Anastasiya Luçkina zooparkların birində oranqutanla siqaret çəkdiyinə görə milli komandadan qovula bilər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a idmançının məşqçisi Vladimir Akatov məlumat verib.
Bir müddət əvvəl Anastasiya Luçkinanın zooparkda çəkilən videosu yayılıb. Kadrlarda o, elektron siqaret çəkir, sonrasında isə onu oranqutana verir.
Rusiya Boks Federasiyasından Luçkinanın etik davranış qaydalarına uyğun olaraq cəzalandırılacağı bildirilib.
Qeyd edək ki, Luçkina boks üzrə idman ustalığına namizəddir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.