RU

Ülvira Qarayevadan "Toy olsun"la bağlı ETİRAF - VİDEO

"Qapqara" verilişinin budəfəki qonağı teleaparıcı Ülvira Qarayeva olub. Verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy olsun" proqramı ilə bağlı maraqlı etiraf edib.
 
O bildirib ki, verilişdə izləyicini ekranda saxlamaq üçün süni elementlərə yer verilirdi:
 
"Bu cür verilişlərin sirri var, serial kimidir. Bütün hadisələri bir anda göstərmək olardı, amma məqsəd izləyicini mərhələli şəkildə ekranda saxlamaq idi".
 
Ü.Qarayeva qadın-kişi münasibətlərinə də toxunaraq bildirib ki, münasibətlər qadın bezəndə bitir. Onun fikrincə, qadınlar iqtisadi müstəqillik qazandıqca evliliyə maraq azalır, kişilər isə komfort zonalarından çıxmaq istəmirlər.
Избранный
21
7
moderator.az

8Источники