RU

“İnter” dünya çempionatı ilə 1/8 finalda vidalaşdı - VİDEO

ABŞ-də keçirilən FİFA Klublararası dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, 1/8 finalın növbəti matçında “İnter” “Fluminense” ilə qarşılaşıb.

Oyun Braziliya klubunun qələbəsi ilə başa çatıb. Bununla da Milan təmsilçisi mundialla erkən vidalaşıb.

“Fluminense”nin 1/4 finaldakı rəqibi “Mançester Siti” (İngiltərə) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) cütünün qalibi olacaq.

Buna qədər isə “Palmeyras”, “Çelsi”, PSJ və “Bavariya” 1/4 finala vəsiqə qazanıb.

“İnter” (İtaliya) - “Fluminense” (Braziliya) 0:2

Qollar: G.Cano, 3, Herkules, 90+4

Избранный
16
24
sportinfo.az

10Источники