Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır.
Operativ Media xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın "Akademico Viseu" klubunda çıxış edən Andre Klovisi transfer etməyi planlaşdırır.
27 yaşlı braziliyalı hücumçu karyerası ərzində "SC İnternational", "Leixoes" və "Eştoril" klublarında forma geyinib.
O indiyədək 195 oyunda 71 qol və 11 assistlə yadda qalıb.
"Transfermarkt" nəşri futbolçunun transfer dəyərini 1 milyon avro olaraq qiymətləndirir.