RU

Avropanı cəhənnəm istisi bürüdü – Kondisionerlərə qarşı kampaniya başladı

Avropanı

Qərbi Avropa anomal istilərlə üz-üzə qalıb – bəzi bölgələrdə havanın temperaturu demək olar ki, 50°C-yə çatır. Bu səbəbdən Avropada, adətən isti ilə mübarizədə effektiv vasitə sayılan kondisionerlərə qarşı kampaniya başlayıb. Bu barədə Forbes məlumat yayıb.İspaniyada isə 1965-ci ildə Sevilyada qeydə alınan maksimum temperatur rekordu (45,2°C) yenilənib. Şənbə günü Qranadada (Andalusiya vilayəti) temperatur 46°C-yə yüksəlib. Portuqaliyada bu həftə havanın 44°C-yə qədər qalxacağı gözlənilir.İtaliya da bu istilərdən əziyyət çəkir. Milan, Roma, Venesiya və Florensiya kimi turistik şəhərlərdə təcili tibbi yardım briqadaları fasiləsiz növbədədir. Buna baxmayaraq, istivurma hallarında 10%-lik artım qeydə alınıb. İtaliya Təcili Tibbi Yardım Cəmiyyətinin sədr müavini Mario Guarinonun sözlərinə görə, istivurmalar ən çox yüksək temperatur və rütubət olan şəhərlərdə baş verir.Fransada vəziyyəti daha da ağırlaşdıran məqam odur ki, tədris ili hələ başa çatmayıb. Yüksək temperatur şəraitində çoxsaylı şagirdin bir sinifdə olması onların sağlamlığı üçün ciddi risk yaradır.Ulusum.az

Diqqət Çəkənlər

İşğala Son! Livan İsrailin cənubdan çıxması üçün plan hazırladı

Gizem Karaca İlk dəfə Ana Oldu – Körpənin Adı Açıqlandı - FOTO

Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR

Избранный
8
2
ulusum.az

10Источники