RU

Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi

Daha bir qrup ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, Sumi regionundan bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

“Ukraynalı uşaqlar üçün olan bu proqramı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdarlara təşəkkür edirik”, - səfir qeyd edib.

Bizim.Media

Избранный
8
50
bizim.media

10Источники