RU

Rusiyada miqrantlara hücumlar artır -13 taksi yandırıldı-FOTO

Rusiyada miqrantlara və onların mülklərinə hücumlar artmaqdadır. Moskva vilayətində gecə saatlarında 13 taksi maşını yanıb. Bu barədə “Moskva” agentliyinin Telegram kanalı məlumat yayıb.


"Bu gecə Odintsovo yaxınlığındakı dayanacaqda yanğınsöndürənlər hadisə yerinə gələnə kimi 13 taksi maşını yandı", - məlumatda deyilir.


İnternetdə yayılan görüntülərdə avtomobillərə ciddi ziyan dəydiyi görünür: avtomobillərin əksəriyyəti tamamilə yanıb.


Moskva vilayətinin prokurorluğu hüquq-mühafizə orqanlarının hadisənin bütün səbəblərini müəyyənləşdirəcəyini bildirib.

Sosial şəbəkələrin Rusiya seqmentində bunun millətçilərin hücumu olduğunu iddia edirlər. Qeyd edək ki, Rusiyuada taksi fəaliyyəti ilə əsasən miqrantlar məşğul olurlar.

Tural

Избранный
6
50
news365.az

10Источники