“İsraildə İrana qarşı yeni hücuma hazırlıq gedir”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Vahid Əhmədi deyib.
Deputat bəzi Qərb ölkələrinin, xüsusilə də ABŞ-nin İsrailə hərbi texnika və silah göndərməsinin İrana qarşı yeni hücum ehtimalını artırdığını bildirib.
İsrailin gücünü yenidən toparlamaq və hərbi imkanlarını artırmaq üçün hücumlarını dayandırdığını iddia edən Əhmədi vurğulayıb:
“Əldə etdiyimiz məlumatlara görə, ABŞ başda olmaqla, bəzi Qərb ölkələrindən hərbi texnikalar yük təyyarələri ilə Təl-Əvivə göndərilir. Bu, İrana yeni hücuma hazırlıq anlamına gələ bilər”.
Deputat ölkəsinin bu mümkün hücuma hazır olduğunu qeyd edib: “İran bu dəfə yeni və qabaqcıl vasitələrlə cavab verəcək”.