RU

"Qarabağ"ın sabiq futbolçusu "Araz-Naxçıvan"a transfer olundu - FOTO

"Araz-Naxçıvan" daha bir futbolçu ilə müqavilə imzalayıb.
 
Klubdan Moderator.az-a verilən məlumata görə, fransalı futbolçu Hamidu Keyta ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.
 
31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyənin "Konyaspor"unda keçirib. Keyta Premyer Liqa klublarından "Zirə" və "Qarabağ"ın da formasını geyinib.
 
Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya çempionatlarında top qovub.
 
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən "Araz-Naxçıvan" Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.
Избранный
10
50
moderator.az

10Источники