RU

Hamidu Keyta rəsmən “Araz-Naxçıvan”da!

“Zirə” və “Qarabağ”ın sabiq futbolçusu, fransalı sol vinger Hamidu Keyta bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, fransalı futbolçu 2026-cı il mayın 31-dək “Araz-Naxçıvan”ın formasını geyinəcək.

31 yaşlı vinger ötən mövsümü Türkiyənin “Konyaspor” klubunda keçirib. O, sözügedən klubun heyətində 23 oyuna 1 qol və 1 assistlə yadda qalıb.

Hamidu Keyta azərbaycanlı azarkeşlərə də yaxından tanışdır. Belə ki, yarımmüdafiəçi Azərbaycan klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib. “Zirə”də 54 oyuna 15 qol və 12 məhsuldar ötürmə müəllifi olmuş fransalı futbolçu “Qarabağ”da da 54 oyun keçirib, 9 qol vurub, 7 assistlə yadda qalıb.

Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Bar Kohen, Ba-Muaka Simakala, Bruno Franko, Çarlz Boli və Patrik Andradeni də heyətinə qatmışdı. Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev, Vanderson Melo, Nuno Rodrigues, Ramon Maçado, Elçin Mustafayev və Turan Vəlizadə də klubla yeni müqaviləyə imza atıb. Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviç isə Naxçıvan təmsilçisini tərk ediblər.

Избранный
18
50
arena.az

10Источники