RU

TRANSFER: “Zirə” və “Qarabağ”da forma geyindi, bu dəfə... FOTO

“Zirə” və “Qarabağ”dakı çıxışları ilə tanınan, son mövsümü Türkiyədə - "Konyaspor"da keçirmiş Hamidu Keyta karyerasını yenidən Azərbaycan klubunda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, o, “Araz-Naxçıvan”a keçib.

Bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu ilə 2026-cı il mayın 31-dək müqavilə imzalanıb. 31 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.

"Araz Naxçıvan" buna qədər İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləb. Naxçıvan təmsilçi Bar Kohen, Çarles Boli, Bruno Franko, Patrik Andrade, Çance Simakala Ba-Muakanı transfer edib, Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə isə yollarını ayırıb.

qarabagin-sabiq-futbolcusu-araz-naxcivana-transfer-olundu

Избранный
9
50
sportinfo.az

10Источники