RU

Gələn ildən D 8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

D-8 ölkələri 2026-ci ildən etibarən tələbə mübadiləsi həyata keçirəcək. Bununla bağlı artıq müvafiq qərar qəbul edilib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu D-8-in Baş katibi İsiaka Abdulqadir İmam Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının dayanıqlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə milli perspektivlər" mövzusunda panel sessiyanın iştirakçılarına unvanladığı videomüraciətdə deyib.

Onun sözlərinə görə, D-8-in digər təşkilatlardan fərqi inkişafda olan ölkələrə dəstəyidir:

"Biz çalışırıq bu və ya digər ölkələrdə icmalara, ailələrə problemlərin həllində dəstək olaq. Məsələn, Banqladeş D-8-in Gənclər Forumunu təşkil edib. Həmin forum təşkilatin tarixində ilk idi. D-8 üzvlərinin məqsədi qlobal problemlərin həllində gənclərin rolunu gücləndirməkdir".

Qeyd edək ki, Azərbaycan 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 XI Sammiti zamanı yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
50
icma.az

10Источники