Olaylar.az xəbər verir ki, Al Jazeera-nın məlumatına görə, bəyanatda İsrailin Yaxın Şərq və qlobal təhlükəsizlik üçün ciddi təhdid hesab edilən nüvə arsenalından bəhs olunmur.
Sənəddə qeyd olunur ki, danışıqların bərpası nüvə silahlarının yayılmasının qarşısını ala biləcək razılaşmaya gətirib çıxara və regionda sabitliyi təmin edə bilər.
Nazirlər həmçinin İran və İsrail arasında atəşkəsin əldə olunmasını alqışlayıb və bölgədə gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsinə çağırıblar.
Bundan əlavə, G7 ölkələrinin xarici işlər rəhbərləri İsrailin təhlükəsizliyinə birmənalı dəstəklərini ifadə ediblər. Onlar eyni zamanda İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə qarşı guya "həbs və edam çağırışları" ilə bağlı narahatlıqlarını dilə gətiriblər.