RU

Sağlam hesab olunurdu: Ani infarktın səbəbi çıxdı

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliya mərkəzli bir araşdırma, ürək sağlamlığına faydalı hesab edilən omega-3 yağlarının əslində iltihabı artıraraq xroniki xəstəliklər riskini yüksəldə biləcəyini ortaya çıxarıb.

Sherg.az xəbər verir ki, "Daily Mail"-də yer alan məlumata görə, Avstraliyalı alimlərin apardığı yeni tədqiqat illərlə sağlam yağ mənbələri kimi təklif edilən yağlı balıq, qoz-fındıq və avokadonun göründüyü qədər faydalı olmadığını göstərib. Araşdırmanın mərkəzində bu qidalarda yüksək miqdarda olan və ürək sağlamlığını dəstəklədiyi düşünülən omega-3 yağ turşuları dayanır.

Queensland Universitetindən molekulyar elm mütəxəssisi professor Daisy Crickin rəhbərliyi ilə aparılan tədqiqatda omega-3 yağlarının düşündüyümüzün əksinə bədəndə iltihablanmanı təşviq edə biləcəyi, obezite, 2-ci tip diabet və infarkt riskini artırdığı qeyd olunub.

TƏƏCCÜBLÜ NƏTİCƏLƏR

Daha əvvəl də ürək üçün faydalı hesab edilən omega-6 yağlarının bitki və toxum yağlarında yüksək səviyyədə olduğu bilinirdi. Ancaq alimlər sağlam sayılan omega-3 yağlarının da GlycA səviyyələrini yüksəltdiyini müəyyən edib.

Çikaqodakı RUSH Sağlam Qocalma İnstitutundan professor Thomas Holland, "Medical News Today"-ə verdiyi açıqlamada nəticələri “gözlənilməz” adlandırıb:

“İnsanların çoxu omega-3-lərin immun sistemini sakitləşdirdiyini düşünür. Amma bu araşdırmada yüksək omega-3 səviyyələri daha çox iltihabla əlaqələndirildi,” – deyə o bildirib.

“YAĞ TARAZLIĞINA DİQQƏT EDİLMƏLİDİR”

Professor Crick nəticələrin, omega-3-ün iltihab əleyhinə, omega-6-nın isə iltihabı dəstəklədiyi yönündəki sadələşdirilmiş yanaşmanı sual altına aldığını bildirib:

“Təkcə omega-3 qəbulunu artırmaqla iltihabı azaltmaq və ya ürək xəstəliklərindən qorunmaq mümkün olmaya bilər. Daha sağlam nəticələr üçün yağlar arasındakı tarazlığa diqqət etmək lazımdır,” – deyə o əlavə edib.

Tədqiqat Beynəlxalq Epidemiologiya Jurnalında dərc edilib və yağ turşularının uzunmüddətli sağlamlığa təsirini anlamaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıb.

TOXUM YAĞLARINA DA DİQQƏT YETİRİLİR

Digər tərəfdən, günəbaxan, soya və kolza kimi toxum yağları da bu tədqiqatda diqqət çəkən məqamlar arasındadır. Uzun müddətdir ürək üçün faydalı alternativ kimi təqdim edilən bu yağların obezite, ürək xəstəlikləri, diabet və autoimmün pozuntularla əlaqəli ola biləcəyi bildirilir.

Professor Holland:

“Böyük Britaniyada təxminən 6,3 milyon insan yüksək xolesterinlə yaşayır. Bu vəziyyət müalicə olunmasa, infarkt və iflic riskini ciddi şəkildə artıra bilər. Toxum yağlarının bu mənzərənin bir hissəsi olduğunu da nəzərdən qaçırmamalıyıq,” – deyib.

 

ÜRƏK XƏSTƏLİKLƏRİNDƏ YENİ RİSK FAKTORLARI

Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) məlumatına görə, 75 yaşdan aşağı şəxslərdə ürək xəstəliklərindən ölüm halları 1960-cı illərdən bəri azalsa da, obezite və hipertenziya kimi risk faktorlarının artması infarkt və iflic hallarının yenidən yüksəlişə keçdiyini göstərir.

Mütəxəssislər bildirirlər ki, xüsusilə gənclərdə artan ürək xəstəlikləri yalnız həyat tərzi ilə deyil, həm də bəzi sabitləşmiş qidalanma inanclarının yenidən gözdən keçirilməsi ilə əlaqəlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
7
sherg.az

10Источники