RU

Pis yuxudan sonra əhvalınızı qaldıracaq tövsiyələr

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pis yuxudan sonra insan özünü yorğun və halsız hiss edir. 

News24.az xəbər verir ki, bu barədə nevroloq Reyçel Salas Infobae portalına verdiyi müsahibədə danışıb və əhlavınızı yaxşılaşdırmağa kömək edəcək müxtəlif tövsiyələr verib.

Nevroloq ilk olaraq gün ərzində açıq havada olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, günəş işığı əhval-ruhiyyəni yüksəldən serotonin hormonunun istehsalını artırır. Bundan əlavə, nevroloq fiziki fəallığın da stressi azaltdığını və gün ərzində idmanla məşğul olmağın əhvala müsbət təsir etdiyini qeyd edib.

Həkim həmçinin gündüz istirahətini də vacib hesab edir. Onun fikrincə, yorğunluq səviyyəsindən asılı olaraq, 20-90 dəqiqəlik qısa yuxu orqanizmə faydalıdır.

Reyçel Salas pis yuxudan sonra enerjini qorumaq üçün gün ərzində kofe qəbulunu da tövsiyə edir. Sonda isə o, gecə yuxusunun çatışmazlığının bərpası üçün pozitiv düşünməyə və həmişəkindən 30 dəqiqə əvvəl yatmağı məsləhət görüb.

Nigar İlyasqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
7
news24.az

10Источники