Türkiyənin Bursa vilayətində 3,9 və 4,2 bal gücündə iki zəlzələ olub. Təkanlar yerli vaxtla saat 11:47 və 12:57-də baş verib.
Publika.az xəbər verir ki, yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələlərin ocağı yerin 9,82 və 10,14 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ İstanbul da daxil olmaqla ətraf vilayətlərdə də hiss olunub.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya verdiyi açıqlamada bildirib ki, zəlzələ ilə bağlı olaraq AFAD və digər aidiyyəti qurumlar sahə yoxlamalarına başlayıblar. Dağıntılar haqda məlumat qeydə alınmayıb.