Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızını bıçaqlayıb.
Çoxsaylı bıçaq yaraları alan 43 yaşlı qadın ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.