Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban karyerasını yenidən Rusiyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, Rumıniyanın "Alba" klubundan ayrılan hücumçu "Leninqradka"ya qayıdıb.
Ruban 2018-2020-ci illərdə Sankt-Peterburq təmsilçisinin heyətində çıxış edib.