RU

Ötən ay 27 nəfər sirkə turşusundan zəhərlənib Kliniki Tibbi Mərkəz

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib. Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənib. Həmçinin, 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm,1 nəfər həşərat dişləməsi səbəbindən şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
30
sia.az

10Источники