RU

NDU-nun tələbələri Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaq

Naxçıvan, 2 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaq Tibb fakültəsinin heyəti ilə görüşüb.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə rektor Elbrus İsayev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətlərindən bəhs edib.

Rektor bu çərçivədə həyata keçirilən ikili diplom layihələri, əcnəbi professorların tədrisə, tədqiqata cəlbi və ən əsası Türkiyənin bir sıra ali məktəblərində yaradılan təcrübə imkanlarının önəminə diqqət çəkib. Hər il ənənəvi qaydada təşkil olunan bu prosesin iştirak edəcək heyət üçün nəzəri biliklərini təcrübə ilə zənginləşdirmək, beynəlxalq təcrübədən faydalanmaq, gələcək fəaliyyətlərinə zəngin bilik qazandırmaq baxımından böyük fürsət olduğu bildirilib. Elbrus İsayev beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələrin praktik biliklərinin artırılmasının NDU-nun inkişaf strategiyasında əsas prioritetlərdən olduğunu vurğulayıb. Rektor növbəti tədris ilində də əcnəbi professor-müəllimlərin tədrisə cəlbinin planlaşdırıldığını əlavə edib.

Tədris departamentinin direktoru Şahin Əliyev bildirib ki, NDU ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq universitetin Tibb fakültəsinin 240 nəfərlik müəllim, həkim və tələbələrindən ibarət heyətiiyulun 7-dən 18-dək qardaş ölkədə təcrübələrə başlayacaqlar.

Vurğulanıb ki, bu il 206 tələbə və 14 həkim-rezident istehsalat təcrübəsinə, 20 həkim-müəllim isə ixtisasartırma kurslarına göndərilir. Təcrübələr Türkiyənin nüfuzlu ali təhsil ocaqları olan Hacettepe, Ankara, Qazi, Ege və Qaradəniz Texniki universitetlərində təşkil ediləcək.

Sonda təcrübədə olacaq tələbələr bu imkanın yaradılmasına görə təşəkkürləni bildiriblər.

 

 

Избранный
20
23
azertag.az

10Источники