RU

ECO-ya üzv dövlətlərdə qadınların ekoloji fəallığının artırılması məqsədilə müsabiqənin təşkil olunması təklif edilib

Laçın, 2 iyul, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərdə qadınların ekoloji fəallığının artırılması məqsədilə müsabiqənin təşkil olunmasını və ilk belə tədbirin Özbəkistanda keçirilməsini təklif edirəm.

AZƏRTAC-ın Laçına rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistanın Baş nazirinin müavini, Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamova ECO-nun Qadınlar Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, qadınların təhsil, elm, iqtisadi sahələrdə inkişafı regional dayanıqlılığa imkan verəcək.

"ECO Həftəsi çərçivəsində keçirilən ilk Qadınlar Forumunun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Forum rəhbər qadınlar arasında dialoqun qurulması üçüm mühüm platformaya çevriləcək", - deyə Özbəkistanın Baş nazirinin müavini bildirib.

 

 

Избранный
8
5
azertag.az

10Источники