RU

Laçında "İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların rolu" mövzusunda panel sessiya keçirilib (FOTO)

Laçın. Trend:

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) QadınlarForumu çərçivəsində "İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafındaQadınların rolu" mövzusunda panel sessiya keçirilib.

Trend-in Laçınaezam olunan müxbiri xəbər verir ki, BMT-nin Azərbaycandakı RezidentƏlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə baş tutansessiyada Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müaviniLəman Yenigün, Qazaxıstan parlamentinin Qadın və Ailə-DemoqrafikSiyasət üzrə Milli Komissiyasının üzvü Juldız Süleymenova,Azərbaycan Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədriElnur Nəsibov, ECO-nun Təhsil İnstitutunun rəhbəri Mehmet AkifKireççi, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrəRegional ofisinin əməkdaşı, tərəfdaşlıq və resursların səfərbərliyiüzrə mütəxəssis Mihaela İonescu və Asiya İnkişaf BankınınAzərbaycan nümayəndləiyinin baş layihə mütəxəssisi FərəcHüseynbəyov iştirak ediblər.

Paneldə çıxış edən Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafıFondunun sədri Elnur Nəsibov vurğulayıb ki qadınların təhsilə cəlbedilməsində əsas məsələ maliyyə problemidir:

"Yəni, ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarinayönəldiblər. Buna görə Azərbaycanda Təhsil Kredit Fondu yaradılıb.Azərbaycanda 26 mindən artıq qız təhsil kreditindən istifadəedib".

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndləiyinin baş layihəmütəxəssisi Fərəc Hüseynbəyov diqqətə çatdırıb ki, Asiya İnkişafBankı Asiya və Sakit okean regionunda gender bərabərliyi vəqadınların səlahiyyətləndirilməsi istiqamətində işləyir:

"Biz çalışmalıyıq ki, qadınlar hər zaman diqqət mərkəzindəolsun. Biz xüsusilə qadınların təhsilinə dəstək üçün çalışırıq.Onlara bacarıqların inkişaf etdirilməsi, rəqəmsal biliklər, texnikivə peşə bacarıqları üzrə təlim kursları təşkil edirik. Məqsədimizkeyfiyyətli iş yerlərinin yaradılmasıdır, həmçinin qadınlar üçünqeyri-ənənəvi olan peşələrə cəlb olunma imkanlarınınyaradılmasıdır. Asiya İnkişaf Bankı yaşıl bacarıqların qadınlararasında təşviq olunması məqsədilə milli yaşıl inkişafstrategiyaları və proqramların hazırlanması sahəsində öz dəstəyiniverir. Biz qadınların əmək bazarında müvafiq yerə sahib olmasına dadəstək veririk. Asiya İnkişaf Bankı gender bərabərliyinəvəsaitlərin 60 faizini yönəldir".

Qazaxıstan parlamentinin Qadın və Ailə-Demoqrafik Siyasət üzrəMilli Komissiyasının üzvü Juldız Süleymenova deyib ki, Qazaxıstantəhsil sahəsində gender bərabərliyinə nail olub və bu təcrübənibölüşməyə hazırdır:

"Qazaxıstanda 50 faiz gənc qadın bakalavr, 63 faiz qadın isəmagistr dərəcəsinə alıb. Biz mütəxəssislərimizi gələcəkistiqamətində formalaşdırırıq. Beynəlxalq universitetlərləəməkdaşlıq edirik, mütəxəsisləri formalaşdırırıq. Təhsilimiz müasirtexnologiyalara əsaslanır. Gənc qızların kollektiv əməkdə iştirakıüçün addımlar atılır. Qadın sahibkarlığı ilə Milli Proqram qəbuletmişik və həyata keçiririk".

Digər çıxışlar dinlənildikdən sonra panel müzakirələrlə davamedib.

Laçında
Laçında
Laçında
Laçında
Laçında
Laçında
Məqalədə:
Избранный
21
3
az.trend.az

4Источники