RU

İran Hörmüz boğazını minalamağa hazırlaşırdı – ABŞ rəsmiləri – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Reuters"in yazdığına görə, İsraillə müharibə fonunda İran Hörmüz boğazını minalamaq planı ilə ciddi şəkildə məşğul olub. ABŞ rəsmilərinin məlumatına görə, ötən ay İran hərbçiləri Fars körfəzində yerləşən gəmilərə dəniz minaları yükləyib. Bu addım Vaşinqtonda Tehranın boğazı bağlamaq niyyətinə dair narahatlıqları artırıb.

Minalar hələlik boğazda yerləşdirilməsə də, bu, İranın dünyanın ən sıx ticarət yolunu bağlamağa real şəkildə hazırlaşdığını göstərir. Qeyd edək ki, dünya üzrə neft və qaz tədarükünün təxminən beşdə biri məhz Hörmüz boğazından keçir. Onun bağlanması enerji bazarlarında ciddi qiymət artımına səbəb ola bilərdi.

Lakin ABŞ-nin İranın üç əsas nüvə obyektinə hava zərbələri endirməsindən sonra qlobal enerji bazarlarında qiymətlər əksinə olaraq 10 faizdən çox ucuzlaşdı. Bu da gözlənilən neft tədarükü kəsintisinin baş verməməsi ilə izah edilir.

İyunun 22-də, ABŞ zərbələrindən dərhal sonra İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib. Ancaq yekun qərarın İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilməsi nəzərdə tutulurdu.

Ağ Evin nümayəndəsi məsələ ilə bağlı açıqlamasında bildirib: "Prezidentin uğurlu əməliyyatı, husilərə qarşı kampaniya və maksimum təzyiq siyasəti nəticəsində Hörmüz boğazı açıqdır, dəniz naviqasiyası bərpa edilib və İran xeyli zəiflədilib."

Bununla belə, ABŞ rəsmiləri ehtiyatlı yanaşaraq, minaların yüklənməsinin sadəcə bir təhdid göstəricisi - yəni ABŞ-yə qarşı psixoloji təsir məqsədi daşıyan bir siyasi manevr ola biləcəyini də istisna etməyiblər. İrana yaxın hərbi mənbələr isə bu hazırlığın yalnız mümkün əmrlə bağlı tədbir xarakteri daşıdığını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
50
olaylar.az

10Источники