Almaniya və Böyük Britaniya tərəflərin qarşılıqlı müdafiəsi haqqında müddəadan ibarət müqavilə imzalayacaqlar.
Bakıvaxtı.az "Politico" qəzetinə istinadən xəbər verir ki, sazişin iki ölkə parlamentlərinin yay tətilinə çıxdığı iyulun 17-dən əvvəl imzalanması gözlənilir.
Nəşrin yazdığına görə, Böyük Britaniya və Almaniya təhlükə zamanı qarşılıqlı yardım haqqında müddəanı özündə əks etdirən genişmiqyaslı müqavilə imzalamağa hazırlaşır. Sənədin Böyük Britaniya və Almaniyanın NATO-nun kollektiv müdafiə prinsipinə sadiqliyini təsdiq edəcəyi gözlənilir.
Gülşən Şərif