RU

Berluskoninin son "yadigarı" da satıldı: Bu qiymətə

2023-cü ildə vəfat edən italiyanın sabiq baş naziri və iş adamı Silvio Berluskoninin ailəsinə məxsus “Fininvest” şirkəti “Monza” klubunu ABŞ-ın “Beckett Layne Ventures” fonduna satıb.

Publika.az xəbər verir ki, bu barədə holdinqin yaydığı rəsmi press-relizdə deyilir:

“Saziş klub səhmələrinin 80 faizinin 2025-ci ilin yayına qədər, qalan 20 faizinin isə 2026-cı ilin iyun ayına qədər təhvil verilməsini nəzərdə tutur”.

İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, sövdələşmənin ümumi dəyəri təxminən 30 milyon avrodur.

Qeyd edək ki, “Monza” 2024/25 mövsümünü A Seriyasının sonuncu pilləsində başa vuraraq B Seriyasına düşüb.

Избранный
27
50
publika.az

10Источники