AZ

47 yaşında milyarder oldu

Çinin aparıcı zərgərlik şəbəkələrindən biri olan "Zhou Liu Fu Jewellery"nin idarə heyətinin sədri Li Veycu (Li Weizhu), şirkətin Honq Konq birjasında uğurlu IPO-sundan sonra milyarderlər siyahısına daxil olub. 

Valyuta.az xəbər verir ki, "Forbes"*in hesablamasına görə, 47 yaşlı Li şirkətin 57 faizinə sahib olmaqla 1,2 milyard dollar sərvətə malikdir. Onun böyük qardaşı və şirkətin sədr müavini Veypenq (Weipeng) isə 24 faiz payla 522 milyon dollar dəyərində sərvətə sahibdir.
Şirkətin səhmləri birjanın ilk iki günündə 67 faiz artıb, IPO çərçivəsində 1,3 milyard Honq Konq dolları (təxminən 164,6 milyon ABŞ dolları) vəsait toplanıb.

Adının oxşarlığı səbəbilə "Zhou Liu Fu", Honq Konqlu zərgərlik nəhəngləri "Chow Tai Fook" və "Luk Fook Holdings" ilə tez-tez müqayisə olunur.

Hazırda şirkət 25 hüquqi iş üzrə iddiaçıdır, əsasən ticarət nişanı mübahisələri ilə əlaqədar 2004-cü ildə qurulan "Zhou Liu Fu" bu gün Çində 4 125 mağazaya malikdir və bunların 98 faizi françayz əsaslıdır. Şirkətin Kamboca, Laos və Tailandda da mağazaları var.

2024-cü ildə 7 faiz xalis mənfəət, 11 faiz gəlir artımı əldə edən şirkət, brend imicini gücləndirmək və premium seqmentdə mövqe tutmaq üçün yeni strategiyalar həyata keçirir. Bu IPO uğuru, "Laopu Gold"un 2023-cü ildəki uğurlu debütünü xatırladır və sektora marağın artdığını göstərir.

Sərvanə Rəmixanova

Seçilən
18
50
valyuta.az

10Mənbələr