AZ

Köhnə anbarı satın aldı və bütöv bir sərvətin sahibi oldu

Britaniyalı kişi tərk edilmiş anbarı satın alıb və orada on minlərlə funt sterlinq dəyərində nadir Pokemon kartları aşkarlayıb. 

HİT.az xəbər verir ki, bunu "Metro" qəzeti yazıb.

Böyük Britaniyadan "YouTube"da 200 min abunəçisi olan "Wades Venture" kanalının müəllifi olan kişi, onlayn hərracda kor-koranə üç metrə altı metr ölçülü tərk edilmiş anbarı aldı və bunun üçün təxminən 1500 funt-sterlinq ödəyib. Onu açdıqda isə əsl xəzinə ilə qarşılaşıb - içəridə 1990-cı illərdən olan nadir Pokemon kartları ilə dolu qutular, həmçinin "PlayStation", "Xbox", "Nintendo 64", "Atari", "Game Boy" və "Nintendo DS" daxil olmaqla, çoxlu bağlanmış retro oyunlar və oyun konsolları olub. Şanslı kişi etiraf edib ki, kartların vəziyyətini qorumaq üçün onlara toxunmazdan əvvəl hətta əlini belə yuyub.

Pokemon kartları kolleksiyası təxminən 1000 ədəddən ibarət idi, diqqətlə qablaşdırılmış və demək olar ki, mükəmməl vəziyyətdə qorunub saxlanılmışdı, bəziləri hətta orijinal qablaşdırmada olub. Blogerin qiymətləndirməsinə görə, tapılanların dəyəri təxminən 60 min funt sterlinq (təxminən 6,5 milyon rubl) edib, yəni anbar üçün ödədiyi məbləğdən 40 dəfə çox. "YouTuber" artıq kolleksiyanın bir hissəsini satmağa başlayıb və bu ona təxminən 3 min funt sterlinq xalis gəlir gətirib.

Samir

Seçilən
4
50
hit.az

10Mənbələr