RU

İran MAQATE ilə əməkdaşlığı dayandırdı

İran prezidenti Məsud Pezeşkian parlamentin qəbul etdiyi, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb.

İran dövlət televiziyasının məlumatına görə, prezident Pezeşkian iyunun 25-də parlamentin qəbul etdiyi qanunu təsdiqləyib. Bu qanun hökuməti “İsrail və ABŞ-ın son hücumlarına və Beynəlxalq Atom Enerjisi Agentliyinin bu hücumları pisləməməsinə cavab olaraq” MAQATE ilə bütün əməkdaşlığı dayandırmağa məcbur edir.

İran parlamentinin hazırladığı və iyunun 25-də səsə qoyulan qanun layihəsi 221 əleyhinə 0 səslə təsdiqlənib. Layihənin yekun maddələri də analoji səs çoxluğu ilə təsdiqlənib.

Hökuməti agentlik müfəttişlərinin ölkəyə girişinə qadağa qoymağa və bütün yoxlama fəaliyyətlərini dayandırmağa məcbur edən qanun parlamentin qəbul etdiyi qanunlar üzrə yekun qərar qəbul edən orqan olan Mühafizə Şurası tərəfindən iyunun 26-da təsdiqləndi.

Qanuna görə, artıq heç bir MAQATE müfəttişinin ölkəyə buraxılmayacağı və nüvə fəaliyyətləri ilə bağlı agentliyə istənilən hesabatın verilməsi tamamilə qadağan ediləcək.

Qanun həmçinin hökumətin yüksək vəzifəli İran rəsmiləri tərəfindən “casus” kimi qələmə verilən MAQATE-nin direktoru Rafael Qrossi ilə əməkdaşlığa mane olur.

Qanun 1969-cu il Vyana Konvensiyasının 60-cı maddəsinə uyğun olaraq iki şərt yerinə yetirilənə qədər qüvvədə qalacaq.

Bunlardan biri də “Təhlükəsizlik Təminatı”dır ki, buna görə İranın suverenliyi, ərazi bütövlüyü, nüvə obyektləri və alimlərinin təhlükəsizliyi beynəlxalq səviyyədə təmin edilməlidir. Digəri isə “Hüquqların Zəmanəti”, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə İranın mülki nüvə enerjisi hüququna tam riayət edilməlidir. Bu şərtlər ancaq İranın Atom Enerjisi Təşkilatının hesabatı və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə rəsmiləşəcək. Hökumət bu proseslə bağlı hər üç aydan bir parlamentə və Şuraya hesabat təqdim etməyə borclu olacaq.

Избранный
15
50
vaxt.az

10Источники