RU

Rusiya XİN: Ermənistan Qərbə yönəlməklə öz milli maraqlarına zərər vurur – ÖZƏL

Ermənistan Qərbə yönəlmə siyasəti yürüdərək tez-tez öz milli maraqlarına zidd addımlar atır. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Masyuk bəyan edib.

"Ermənistandakı qərbyönlü qüvvələrin destruktiv təsirini hiss edirik. Təəssüf ki, bu Cənubi Qafqaz ölkəsində baş verən dəyişikliklərə ciddi müqavimət göstərilmir və Qərbə yönəlmə davam edir - çox vaxt da bu, milli maraqların zərərinə başa gəlir. Konkret nümunə kimi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan uzaqlaşmasını göstərmək olar," - deyə Masyuk bildirib.

Diplomat KTMT-nin regionda sabitliyin təmin olunması baxımından böyük potensiala malik olduğunu da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
85
50
olaylar.az

10Источники