RU

"Business Insider: Qərb Ukraynada müharibənin davamında maraqlıdır – Yeni silahların sınaq meydanı kimi"- ÖZƏL

Qərb ölkələri Ukraynada silahlı münaqişənin davam etməsində maraqlıdır. Olaylar.az xəbər verir ki,  bu barədə Business Insider portalının şərhçiləri yazıblar. Onların fikrincə, Qərbin hərbi-sənaye kompleksi (HSK) yeni silah sistemlərini real döyüş şəraitində sınaqdan keçirməyə ciddi ehtiyac duyur və Ukrayna bu baxımdan "ideal laboratoriya" rolunu oynayır.
Məqalədə qeyd edilir ki, Qərb istehsalı olan hərbi məhsullar əgər döyüş şəraitində tətbiq olunmasa, tezliklə köhnəlmiş hesab ediləcək. Portalın yazdığına görə, keçmiş Britaniya dəniz piyadası və hərbi məlumatların toplanması üzrə ixtisaslaşmış Prevail şirkətinin təsisçisi Castin Heces bildirib: "Əgər sizin silah sistemləriniz Ukraynada hər gün tətbiq olunmursa, onlar çox tez köhnələcək."
Business Insider yazır ki, Qərbdə "Ukrayna laboratoriyası"nın mövcudluğu hərbi məqsədlərə xidmət edir və guya onların texnoloji üstünlüyünü qorumağa imkan yaradır. Bu isə Qərb və Ukraynanın HSK-larının birləşməsinə və münaqişənin davamında birbaşa marağın yaranmasına gətirib çıxarır.
Məlumat üçün qeyd olunur ki, Rusiya ilə müharibənin başladığı 2022-ci il yanvarın 24-dən 2024-cü il dekabrın 31-dək ABŞ Ukraynaya 60-dan çox hərbi yardım paketi təqdim edib. Almaniyada yerləşən Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, bu müddət ərzində ABŞ tərəfindən Ukraynaya göstərilən ümumi yardımın məbləği 123 milyard dolları keçib. Avropa İttifaqının dəstəyi isə 132,3 milyard avrodan çox olub.
Rusiya Prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Qərbin Ukraynaya silah göndərməsi cəbhədə vəziyyəti dəyişmir, lakin münaqişənin uzanmasına səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
26
olaylar.az

10Источники