RU

Dünya Bankı Bakı ilə bağlı layihəyə 2 mln. dollar ayırıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Dünya Bankı Bakının davamlı inkişaf layihəsinin hazırlanması üçün 2 milyon dollar ayırıb.

"APA-Economics" bu barədə Dünya Bankına istinadən xəbər verir. Məlumata görə, bu vəsait Bank Azərbaycan hökumətinə Bakıda şəhər mühitinin keyfiyyətinin, təbii fəlakətlərə davamlılığın və infrastrukturun iqlim risklərinə qarşı dayanıqlılığının yaxşılaşdırılması üzrə "Livable Baku" layihəsinin hazırlanması üçün ayrılıb. Qrant Dünya Bankının struktur bölməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə təqdim edilib.

Qrant texniki-iqtisadi əsaslandırmanın hazırlanması, çirklənmiş təbii göllərin rekultivasiyası üzrə tədqiqat, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, bərk tullantıların idarə edilməsi obyektlərinin (poliqonlar, tullantıların daşınma stansiyaları) layihələndirilməsi üçün təqdim edilir.

Qeyd edək ki, texniki yardımın müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. Layihənin icraçısı Azərbaycanın İqtisadiyyat Nazirliyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
9
apa.az

10Источники