RU

“Çelsi"dən yeni transfer

Braziliya millisinin hücumçusu Joao Pedro İngiltərənin “Brayton” klubundan “Çelsi”yə keçib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, London klubu 23 yaşlı forvardla uzunmüddətli müqavilə imzalayıb. Müqavilə 2033-cü ilə qədər qüvvədə olacaq.

Joao Pedro kluba Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində “Palmeyras”la matç öncəsi qoşulacaq. Qarşılaşma iyulun 5-nə təyin olunub.

İngiltərə mətbuatının məlumatına görə, transferin maliyyə dəyəri 58,5 milyon avro təşkil edir.

Joao Pedro 2024/2025 mövsümündə Premyer Liqada 27 oyuna çıxaraq 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin İngiltərə Kubokunda 3 oyunda iştirak edib və 1 assistlə fərqlənib.

Избранный
22
34
90deqiqe.az

10Источники