RU

Alkaras Uimbldon turnirində 3-cü mərhələyə yüksəldi

İspaniyanın ikinci raketkası və beşqat Böyük Dəbilqə çempionu Karlоs Alkaras Uimbldon turnirində titulunu qorumağa davam edir.

90deqiqe.Az xəbər verir ki, Alkaras (2 nömrə) İngiltərənin 733-cü raketkası Oliver Tarveti (kvalifikasiyaçı) 6:1, 6:4, 6:4 hesabı ilə məğlub edərək üçüncü mərhələyə yüksəlib.

Görüş 2 saat 17 dəqiqə davam edib. 

Alkarasın növbəti rəqibi Kanada təmsilçisi Feliks Oje-Aljasim ilə Almaniyadan Yan-Lennard Ştruff arasında qalib gələn olacaq.

Karlоs Alkaras Uimbldonda 2023 və 2024-cü illərdə çempion olub.

Избранный
24
90deqiqe.az

1Источники