RU

Polis Günü Lənkəranda qeyd edildi - Fotolar

Lənkəranda Azərbaycan Polisinin yaranmasının 107 illiyi münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə əlamətdar gün münasibətilə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Daha sonra tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsində davam etdirilib. Çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı, Taleh Qaraşov, Şəhər Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Cahangirov polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıblar və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıblar. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanlanmış təbrik məktubu oxunub.

Sonra çıxış edən veteranlar və hazırda polis orqanlarında xidmət aparan Vətən Müharibəsi iştirakçıları əlamətdar gün münasibətilə xoş arzularını çatdırıblar, bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar təqdim olunub.







Избранный
25
qafqazinfo.az

1Источники