NATO-nun baş katibi Mark Rütte Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bağlı sərt açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, Lavrovun alyansın mümkün dağılmasından danışması Rütteni qəzəbləndirib.
"Lavrov - məncə, İsa Məsihin doğulduğu gündən Rusiyanın xarici işlər naziridir və o vaxtdan bəri onun ağzından faydalı heç nə çıxmayıb", - deyə Rütte bildirib.