RU

ABŞ Polşada yerləşən silahların da Ukraynaya göndərilməsini dayandırdı Ukrayna meydanda TƏK BURAXILIR KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Ukraynaya hərbi yardım çərçivəsində nəzərdə tutulan silah tədarükünü yalnız yeni paketlər üzrə deyil, artıq Avropada, xüsusilə Polşada yerləşdirilmiş silahları da əhatə edəcək şəkildə dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Wall Street Journal Ağ Ev və Konqresdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, yardımın dayandırıldığı məqamda Polşada aşağıdakı silahlar yerləşirdi:

20-dən çox Patriot PAC-3 zenit raket sistemi,

20-dən artıq AIM tipli hava-hava raketləri.

Bununla belə, Pentaqon məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, bu addım Ukraynaya yardımın tamamilə kəsilməsi anlamına gəlmir. Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Trampa Ukraynaya hərbi dəstəyi davam etdirməyə imkan verəcək, lakin onun müharibəni dayandırmaq hədəfi ilə uyğunlaşdırılmış yeni variantlar təklif ediləcək.

Qeyd edək ki, Ukrayna hazırda 8 ədəd Patriot hava hücumundan müdafiə sistemi ilə müdafiə olunur, onların 6-sı fəaliyyət göstərir və əsasən paytaxt Kiyevi qoruyur. ABŞ isə bu il ərzində Ukraynaya 11 milyard dollara qədər dəyərində silah və texnika verməyi vəd etmişdi.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
konkret.az

2Источники