RU

Lənkəranda kişi qonşusunu evində bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”unun verdiyi xəbərə görə, hadisə rayonun Şürük kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə rayon xəstəxanasına çatdırılıb.

O, aldığı bıçaq xəsarətlərinin qonşusu tərəfindən evində vurulduğunu bildirib.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Избранный
24
19
qafqazinfo.az

10Источники