RU

Qeyri jurnalist o qədər insan var ki...

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qarşılarına nə çıxsa, onu tirajlayırlar

Hüquqi tənzimləmə ilə saxta informasiyaların yayılması probleminin önünü nisbətən almaq mümkündür

Mediada dərc olunan informasiyaya dair yeni tələb müəyyənləşir. Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir. Bu, "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd olunub ki, Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, bu cür manipulyativ məzmunun sosial şəbəkələrin təsiri altında media subyektlərinin lentinə yol açması, beləliklə, müxtəlif media kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyən informasiyanın ötürülməsidir.

 Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə “Media haqqında” Qanuna dəyişikliklərin edilməsi təklif olunur. Saxta xəbərlərlə mübarizə istiqamətində oxşar təcrübə Türkiyənin qanunvericiliyində mövcuddur. İnternet mediasını dövri nəşrin əhatə dairəsinə daxil edən və media tərəfindən şərti olaraq “Dezinformasiya ilə mübarizə qanunu” adlandırılan layihə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

Media eksperti Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, hüquqi tənzimləmə ilə saxta informasiyaların yayılması probleminin önünü nisbətən almaq mümkündür. Ekspert vurğulayıb ki, media və jurnalist azadlığı bərabərində məsuliyyəti də gətirməlidir: 

"Yəni azadlıq istəyiriksə, məsuliyyətli olmağı da bacarmalıyıq. Əslində, bu tələbin irəli çıxması ondan qaynaqlanır. İnsanlar "azadam" deyərək, ağına-bozuna baxmadan hər cür saxta informasiyanı hər cür platformada yaymağı özlərinə peşə seçiblər. Ətrafda jurnalist, yaxud qeyri-jurnalist o qədər insan var ki, qarşılarına nə çıxsa, onu tirajlayırlar. Hətta bəzən informasiyaları özlərindən uyduraraq yayırlar. Bütün bunların qarşısını almaq üçün konkret tələb irəli sürülməlidir. Düşünürəm ki, qanuna edilən dəyişiklik bu sahədə məsuliyyətin artırılmasına gətirib çıxaracaq. Bəlli nəzarət mexanizmləri də tətbiq etməklə biz bunu bacara biləcəyik".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
sherg.az

2Источники