RU

"Mançester Siti" Cek Qrilişi satmaq istəyir

"Mançester Siti" yarımmüdafiəçi Cek Qrilişi satmaq üçün son tarix təyin edib.

Operativ Media "GiveMeSport"a istinadən xəbər verir ki, klub mövsümöncəsi təlim-məşq toplanışına qədər futbolçunun gələcəyi ilə bağlı məsələni həll etməyə ümid edir. Transferlə bağlı əsas çətinlik bir çox klubların “Mançester Siti"nin irəli sürdüyü maliyyə şərtlərini yerinə yetirməyə hazır olmamasıdır.

İyunun 16-da "Napoli"nin 29 yaşlı Qrilişin maaşını tam ödəməyə hazır olmadığı bildirilib .

2024/25 mövsümündə futbolçu "Siti"nin heyətində bütün yarışlarda 32 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.

Избранный
21
50
operativmedia.az

10Источники