RU

Azərbaycanın çimərlik voleybolçuları EEVZA turnirini 5-ci yerdə bitirdi

18 yaşadək qız və oğlanlar arasında keçirilən çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb.

Operativ Media xəbər verir ki, Latviyanın Cesis şəhərində təşkil olunan yarışa iyulun 2-də yekun vurulub. Çempionatda Azərbaycan, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığma komandaları mübarizə aparıb.

Yarışda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub. Qızlarımız qrup mərhələsində mübarizəni dayandırıb. Oğlanlardan ibarət millimiz (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) yarışı 5-ci pillədə başa vurub. Komandamız qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.

Избранный
18
35
operativmedia.az

10Источники