RU

Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı: Pilot öldü, qadın sərnişin xilas edildi

Türkiyədə, Sivrihisardan havaya qalxan və Rizəyə gedərkən qəzaya uğrayan reaktiv təyyarənin qalıqları Rizə-Bayburt sərhədində tapılıb.

Hadisə barədə Rize valisi İhsan Səlim Baydaş açıqlama verib.

Onun sözlərinə görə, pilot ölü, dostu isə sağ tapılıb.

Xatırladaq ki, ötən axşam Eskişəhərin Sivrihisar rayonundan havaya qalxan pilot Mehmet Dəmirçinin idarə etdiyi M20J tipli tək mühərrikli təyyarə Ərzurum-Rizə-Bayburt sərhədində qəzaya uğrayıb. Axtarışlara hərbi helikopter və ətraf vilayətlərdən AFAD qrupları dəstək verib.

Qadın sərnişin yaralı halda kameraya əl yelləyib.

Təyyarənin qalıqları Rize-Bayburt sərhədində JAK qrupu tərəfindən tapılıb. Rize valisi İhsan Səlim Baydaş sərnişin Hicran Qayanın yaralı olaraq xilas edildiyini, pilot Mehmet Dəmirçinin isə həyatını itirdiyini açıqlayıb./BAKU.WS

Избранный
13
3
musavat.com

4Источники