RU

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb

Ötən
İyulun 2-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 15, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Избранный
37
50
1news.az

10Источники