RU

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 5 % artıb

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8 milyard 703,7 milyon manat təşkil edib.

Operativ Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 % çoxdur.

Vergi daxilolmaları proqnozdan 5,7 % çox icra edilib.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 6 ay ərzində həmin məbləğin 56,1 %-i təmin olunub.

Избранный
15
50
operativmedia.az

10Источники