RU

Milli Qəhrəman Koroğlu Rəhimovun anım günüdür

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, leytenant Koroğlu Rəhimovun anım günüdür.Missiya.Az xəbər verir ki, o, 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində dünyaya gəlib.

Milli Qəhrəman 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılıb. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olub. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad edib. 1992-ci il, iyulun 3-də Ağdərə uğrunda döyüşlərdə şəhadətə ucalıb. Bakıda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Haqqında 2 film ekranlaşdırılıb, bir neçə məqalə, kitablar nəşr edilib və şeirlər dərc olunub. Bakıda və Oğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.

Zərintac Mayisqızı Missiya.Az

Избранный
18
19
missiya.az

10Источники